AZ

“LGBT, No War ideologiyası ilə mübarizə aparmaq üçün qanunvericilik bazası formalaşdırılmalıdır” — Elşad Mirbəşir

“Bu gün milli dəyərlərə təhdid yaradan bizim üçün yad olan elementlərdir. Müxtəlif hərəkatlar, cərəyanlar kütləni idarə etmək üçün formalaşdırılıb. Qərbin bəlli dairələri cəmiyyətləri daha rahat idarə etmək imkanlarını genişləndirir. İnternet əsrində bu cür zərərli kontentlərin cəmiyyətlərə aşılanması mexanizmi işləkdir. Buna görə də LGBT, No War kimi zərərli meyillərlə mübarizə imkanları məhduddur, lakin mümkündür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşir deyib. Elşad Mirbəşir hesab edir ki, bu cür zərərli meyillərlə mübarizə aparmaq milli, mənəvi,mədəni, mental dəyərlərimizin qorunması baxımından vacibdir: 

“Bu təbəqədən olan insanlar ətrafına daha geniş kütlələri yığdıqda onları bir mərkəzdən idarə etmək də asanlaşır. Bu məsələlər hər şeydən öncə qanunvericlik səviyyəsində həllini tapmalıdır. Qərb LGBT, No War şüarlarına qarşı çıxmağı insan hüquq və azadlıqlarının tapdanması kimi qələmə verir və süni ajiotaj yaradır. İnsan hüquqları həssas məsələdir, Qərb bu amil üzərindən özünün əsas niyyətlərini həyata keçirir, demokratiya anlayışından istifadə etməklə idarəçilik siyasəti yeridir. Əgər müxtəlif cəmiyyətlərdə dəyərlərə zidd olan eyni meyillər dəstəklənirsə, deməli, bu zaman insanların unifikasiyası baş verir, yəni oxşar dəyərlərə sahib, eyni düşüncəli insanlar formalaşdırılır”. 

Deputat bu meyillərin gəncliyi məhv etdiyini, sağlam gənclik yetişdirmək imkanlarını məhdudlaşdırdığını qeyd edib: 

“44 günlük Vətən mühaibəsi göstərdi ki, Azərbaycan gəncliyi sağlam düşüncəyə sahibdir, milli dəyərlərinə sadiqdir, mənəviyyatını qoruyur. Vətənpərvərlik, milli-mənəvi dəyərlərə sevgi və bağlılıq Azərbaycan gəncliyinin əsas xüsusiyyətidir. Bu cür gənclik yetişməlidir, bunun üçün də milliliyə zidd olan ideoloji təcavüz ünsürlərinin yayılmasının qarşısı alınmalıdır. Bu məsələ qeyd etdiyim kimi qanunvericilik səviyyəsində qaldırılmalı, LGBT, No War ideologiyası ilə səmərəli, işlək mübarizə aparmaq üçün qanunvericilik bazası formalaşdırılmalıdır”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr