AZ

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu çıxışını başa vurub

Dünya

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatını medalsız başa vurub.

AZƏRTAC xəbər verir ki, bu gün yarışa qoşulan Fidan Əlizadə (57 kiloqram) və Vüsal Qələndərzadə (73 kiloqram) mükafatçılar sırasına düşə bilməyiblər.

F.Əlizadə təsəlliverici görüşdə braziliyalı Bianka Reisə, V.Qələndərzadə isə 1/8 finalda yaponiyalı Yusuke Takeiçiyə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması yarışın ilk günündə də medal qazana bilməyib. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu dünya çempionatı oktyabrın 6-da başa çatacaq.

Seçilən
29
2
azertag.az

3Mənbələr