AZ

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionlara dəstəyini göstərir

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu dünyada müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionlara beynəlxalq hüquq çərçivəsində öz dəstəyini göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.

O bildirib: “Yeni Kaledoniyada fəaliyyət göstərən Kanakinin siyasi məhbuslara dəstək kollektivi təşkilatımıza xüsusi məktub ünvanlayıb. Məktubda əsassız həbs edilən şəxslərin ailələrinə Bakı Təşəbbüs Qrupu adından göstərilən dəstəyə görə təşəkkür ifadə olunub”.

Seçilən
16
azertag.az

1Mənbələr