İranın Sistan-Bəlucistan əyalətində polis qüvvələri ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada 3 nəfər həyatını itirib.
"Cebheinfo.az" “İRNA”-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri "Ceyşül-ədl" qruplaşmasın qarşı əməliyyat keçirib.
Təhlükəsizlik qüvvələrinin Sistan-Bəlucistan əyalətində "Ceyşül-ədl" qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 3 təşkilat üzvünün öldürüldüyü bildirilib.
Qeyd edək ki, İranın cənub-şərqində, Pakistan və Əfqanıstan sərhədlərinə yaxın Sistan-Bəlucistan əyalətində son bir həftədə 3 silahlı hücum olub.
Sentyabrın 30-da vilayətin Rask qəsəbəsində polis bölməsinə silahlı basqın nəticəsində 1 mühafizəçi şəhid olub, bir gün sonra Nikşehr rayonunda məktəbə silahlı basqın nəticəsində 4 nəfər həyatını itirib.
Bu hücumlardan sonra oktyabrın 2-də Haş rayonunda naməlum silahlı şəxslərin polis maşınına atəş açması nəticəsində 2 polis məmuru həyatını itirib.