AZ

İraq Rusiya Federasiyası ilə hərbi əməkdaşlıqda maraqlıdır

İraq Rusiya ilə kəşfiyyat və hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışır.

"Moskvanın terrorizmlə mübarizə təcrübəsi Bağdad üçün faydalı ola bilər, belə təşkilatların İraq torpaqlarına qayıtmamasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəyə ehtiyacı var".

"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Respublika Baş nazirinin siyasi müşaviri Fadi Əl-Şəmri "İzvestiya"ya bildirib. 

Qeyd edək ki, İraq eyni zamanda siyasi, iqtisadi və strateji maraqlarla bağlı Rusiya ilə münasibətləri gücləndirməkdə maraqlıdır. 


Havar Şəfiyeva

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr