NATO-nun baş katibi Mark Rutte elan olunmamış səfərlə Ukraynaya gedib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “NATO-nun yeni baş katibi vəzifəsinin icrasına başladıqdan sonra ilk səfərini Ukraynaya edir və Kiyevi dəstəkləyəcəyinə vəd verir”, - KİV Qeyd edək ki, NATO-nun mənzil-qərargahında təşkilatın əvvəlki baş katibi Yens Stoltenberqdən səlahiyyətlərin Rutteyə keçməsi baş tutub. Rutte Stoltenberqin izlədiyi kursu həyata keçirməyə davam edəcəyinə söz verib.