AZ

Litva Azərbaycana bu mövzuda nəyisə öyrətmək haqqına sahib deyil

Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir.

Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Litvanın xarici işlər naziri Qabrieulius Landsberqisin Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlərinə cavab olaraq yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur:

"Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir".

Seçilən
14
21
publika.az

10Mənbələr