Paytaxtda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən parkda bir nəfərin mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məsimov saxlanılıb.
Hazırda araşdırma aparılır.