AZ

“Livanda münaqişə ABŞ və İsrail münasibətlərinə böyük zərbə vurub” –"The Washington Post"

Yaxın Şərqdəki münaqişə ABŞ və İsrail arasında münasibətlərə böyük zərbə vurub.

Azpost.info bildirir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

“Müharibə ABŞ-ın Yaxın Şərqdəki ən yaxın tərəfdaşı olan İsraillə münasibətlərini ciddi şəkildə korlayıb və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına dair bütün ümidlər puça çıxarıb. Daha geniş münaqişə təhlükəsi ABŞ qoşunlarını digər qlobal prioritetlərdən yayındırıb.

Nəşrin qeyd etdiyi kimi, ABŞ prezidenti Co Bayden dəfələrlə İsrailin baş naziri Netanyahuya müraciət edərək “taktiki hərbi və siyasi qələbələrə deyil, sülh nizamlanmasına dair strateji plana diqqət yetirməyə” çağırıb.

Bundan əlavə, Təl-Əviv Vaşinqtonun təhlükəsizlik zəmanətindən istifadə edərək, amerikalı müttəfiqlərini əvvəlcədən xəbərdar etmədən İordan çayının qərb sahilində, Suriya və İranda hücumlar həyata keçirib.

Daha əvvəl məlum olub ki, Bayden İsrailin İranın nüvə obyektlərinə potensial zərbə endirmək təklifinin əleyhindəri.

Seçilən
22
azpost.info

1Mənbələr