Polis paytaxtın Səbail və Nəsimi rayonlarında bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb.
Avtosfer.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Səbail rayonu ərazisində bir nəfərin bank kartından 800 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ-nin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı S.Mürsəliyev müəyyən olunaraq saxlanılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.