AZ

SAXAL ilə “Hizbullah” arasında döyüş başlayıb

Livanın “Hizbullah” şiə hərəkatı sərhəd bölgəsində İsrail ordusu ilə döyüşür.

Qaziler.az xəbər verir ki, bu barədə Livanın “Əl-Mənar” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, oktyabın 3-ü səhər tezdən “Hizbullah” döyüşçüləri Livanın cənubunda bir neçə istiqamətdə irəliləməyə çalışan İsrail ordusuna müqavimət göstərməkdə davam edib.

“Hizbullahın hücumları bu günə qədər İsrailin Livan ərazisinə hər hansı hücumunun qarşısını almışdır”, - televiziya müxbirləri bildiriblər.

Telekanalın məlumatına görə, “Hizbullah” döyüşçüləri SAXAL əsgərlərinin toplaşdığı yerləri artilleriya mərmiləri və raketlərlə atəşə tutur.

QAZİLER.AZ

Seçilən
18
qaziler.az

1Mənbələr