AZ

“Yaxın Şərqdə davam edən müharibənin diplomatik həlli yoxdur” – RƏY

“Rusiya iki il ağır döyüşlərdən sonra, dağıdılmış Uqledar şəhərinin xarabalıqları üzərində öz bayrağını qaldırdı. Məhz iki il ərzində Rusiya bu şəhər uğrunda minlərlə hərbiçi, yüzlərlə zirehli texnika itirdi. Təbii ki, bunu Rusiyanın “Pir qələbəsidir” adlandırmaq olar”.

KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə özünün feysbuk hesabında yazıb.

O qeyd edib ki, Rusiya Ukraynanın şərqdində hücumu intensivləşdirib:

“Kreml Donbasın tamamilə işğal olunması istiqamətində hücum əməliyyatlarnı inkişaf etdirir. Bununla da Rusiya danışıqlarda maraqlı olmadığını, Ukraynada bütün ağır itkilərlə baxmayaraq irəliləməyə, yeni ərazilər zəbt etməyə çalışır. Bu hücumlar Rusiyaya yüzlərlə hərbçi və zirehli texnikanın itirilməsi ilə başa gəlir. Belə bir hücumlarla Qərb Rusiyanın kütləvi şəkildə resurslarının tükəndiyinin fərqindədir. Bütün hücumlarına rəğmən Uqledar şəhərini iki ildən sonra işğal edə bilən Rusiya qoşunlarının Ukraynada öz məqsədlərinə çatması mümkün görünmür. Rusiya Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və burada Moskva-Kiyev arasında danışıqlar mümkün deyil. İsrailin İranın dəstəklədiyi HƏMAS və “Hizbullah”a qarşı hərbi əməliyyatları və Rusiya-Ukrayna cəbhəsində davam edən müharibə Rusiya-İran oxunu kifayət qədər zəiflədib. Demək olar ki, Qərblə Rusiya və İran arasında cəbhə xətti Şərqi Avropadan başlayaraq, Cənubi Qafqaz və Yaxın Şərqə qədər uzanıb. Qərblə Rusiya və İran yeni toqquşma cəbhəsi yaradıb. Avropa Rusiya Şərqi Rusiya və Ukrayna müharibəsində, Cənubi Qafqazda Ermənistan və Gürcüstanda siyasi mübarizə, Yaxın Şərqədə isə, Qərblə İran arasında aktiv hərbi əməliyyatlar dünya siyasi nizamının formalaşma xəttidir”.

O qeyd edib ki, Yaxın Şərqdə davam edən müharibənin diplomatik həlli yoxdur:

“Çünki yeni siyasi nizamda qarşı tərəfin biri mütləq məğlub olmalıdır. Məhz Rusiya Ukrayna müharibəsində də əsas hədəf qarşı tərəfin məğlub olmasıdır. Yalnız bundan sonra yeni siyasi nizama keçid başlayacaq. Döyüşən tərəflərin biri tam sıradan çıxmayınca, heç bir danışıqlar yolu ilə böhranın həlli mümkün mümkün görünmür. Necəki, 30 il ərzində Azərbaycanla Ermənistan danışıqlar apardı. Amma istənilən nəticə əldə olunmadı. Azərbaycan məcbur qalıb gücə əl atdı. Nəticədə, Cənubi Qafqazda yeni siyasi nizam formalaşdı”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
29
konkret.az

1Mənbələr