“Bavariya” klubunun təcrübəli qolkiperi Sven Ulrayx “Bayer Leverkuzen”in rəsmilərini təhqir etdiyi üçün 20 min avro cərimə ödəməli olacaq.
Medianews.az Oxu.Az-a istinad edərək xəbər verir ki, Almaniya Futbol Federasiyasının İntizam Komitəsi futbolçunu biroyunluq cəzalandırıb, 20 min avro cərimələyib. Ulrayx rəqibdən üzr istəməli olub.
Qeyd edək ki, Bundesliqanın 5-ci turunda baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1.