AZ

Son bir ildə 3 yeni körpələr evi və 1 uşaq bağçası yaradılıb

2024-cü ilin əvvəlinə Azərbaycanda 1700 məktəbəqədər təhsil müəssisəsi olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu 2023-cü ilin əvvəlinə nisbətən 4 ədəd çoxdur. 

Müəssisələrin 1 147-si körpələr evi 546-sı isə uşaq bağçası olub. Körpələr evinin sayı 3, uşaq bağçaısnın sayı 1 ədəd artıb.

Təhsil müəssilərinin 978-i şəhərdə, 722-si kəndlərdə fəaliyyə göstərir. Şəhərdəki müəssisələrin sayı 4 ədəd artıb, kəndlərdə isə dəyişiklik olmayıb.

Bununla yanaşı şəhərdəki körpələr evinin sayı son bir ildə 5 ədəd artaraq 693-ə yüksəlib, uşaq bağçalarının sayı isə 1 ədəd azalaraq 278-ə düşüb. Kəndlərdə isə əksinə, 2 körpələr evi fəaliyyətini dayandırıb və bu say 454-ə düşüb, 2 yeni uşaq bağçası isə fəaliyyətə başlayıb və 268-ə yüksəlib.

Komitənin açıqladığı rəqəmlərə əsasən ilin əvvəlinə ölkədə 7 ədəd sanator tipli və xüsusi məktəbəqədər təhsil müəssisəsi olub ki, onun da hamısı şəhərdədir.

Seçilən
48
fed.az

1Mənbələr