AZ

Polis rəisi hakimi iş yerində GÜLLƏLƏDİ - FOTO

ABŞ-da polis rəisi hakimi öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Kentukki ştatında baş verib. 43 yaşlı polis rəisi Miskey Stines uzun illərdir dostluq etdiyi hakim 54 yaşlı Kevin Mullinsə iş otağında tapançadan 8 dəfə atəş açıb.

Nəticədə Mullins ölüb. Hadisədən sonra Stines könüllü polisə gedərək təslim olub. O, verdiyi ifadədə “Mənimlə ədalətli davranın. Arvad-uşağımı qaçıracaqlar” deyə qəribə sözlər səsləndirib.

Məlumata görə, Stines uzun illər öldürdüyü hakim Mullinsin katibi işləyib. 2018-ci ildə isə şəhərin polis rəisi seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu edam cəzası gözləyə bilər. Hazırda araşdırma aparılır.


Seçilən
22
1
news24.az

2Mənbələr