AZ

İranın hücumuna məruz qalan İsrailin aviabazası üzə çıxdı

İranın hücumuna məruz qalan İsraildəki Nevatim aviabazasının dağıntıları ortaya çıxıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "The Times of Israel" və "Yedioth Ahronot" qəzetləri Associated Press (AP) tərəfindən xidmət edilən Nevatim aviabazasındakı dağıntıları əks etdirən peyk şəkillərini yayımlayıb.
 
İsrailin ən vacib hərbi hava bazalarından biri olan Nevatimin peyk görüntülərində uçuş-enmə zolağına yaxın təyyarə aerodromunda böyük bir çuxur yaranıb və hücum nəticəsində binaların damları zədələnib.

İsrail ordusu hələlik peykdən çəkilən görüntülərə münasibət bildirməyib.

İsrail ordusu dünən verdiyi açıqlamada bəzi hava bazalarının vurulduğunu etiraf etsə də, hava qüvvələrinin zədələnmədiyini bildirib.
 
Açıqlamada raket hücumunun bazalardakı ofis binaları və baxım sahələrində dağıntılara səbəb olduğu qeyd edilib və döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA), sursat və kritik infrastrukturlara heç bir ziyan dəymədiyi açıqlanıb.
  
 
 

Seçilən
15
1
7news.az

2Mənbələr