AZ

Bakı-İrəvan sülh sazişinin icrasına nəzarət Komissiyası- Paşinyan yeni element açdı...

Image

Abutalib Səmədov : "Bir məsələ nəzərə alınmalıdır ki, sulh sazişinin razılaşdırılması prosesində bas verən bütün irəliləyişlər Ermənistanın zorən konstruktiv movqe tutduğu məqamlarda baş verib"

Ermənistan parlamentinin müxalif fraksiyası hökumətdən sülh sazişini cəmiyyətə açıqlamağı tələb edir. Baş nazir Paşinyan isə bu məsələyə münasibət bildirəndə maraqli məqam ortaya çıxır. 

Baş nazir Nikol Paşinyan Milli Assambleyada hökumət saatında “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın hökumətin sülh müqaviləsi sənədini niyə xalqdan gizli saxlaması ilə bağlı sualına cavab verərkən deyib ki, bu sənəddə diplomatik münasibətlərin qurulması, sülh sazişinin icrasına nəzarət etmək üçün ikitərəfli komissiyanın yaradılması, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması və s.-dən bəhs edilir.

Maraqlıdır, Paşinyan sulh sazişinin tezislərini açıqlayarkən sazişin icrasına nəzarət komissyasından da danışır. İki dövlət başçısının imza atdığı sənədin icrasına nəzarət komissiyasi artıq bir şey deyilmi? Tutaq ki, icra zamanı hansısa pozuntu oldu, bu komissya üzvləri nə tədbir görəcək? Sülh sazişinin icrasına nəzarət etmək üçün ikitərəfli komissiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir?

Məsələni politoloq Abutalıb Səmədovla müzakirə etdik. Politoloq bildirdi ki, Paşinyan sülh sazişinin qəbul olunan maddələrindən danışıb: "Deyib ki, sülh sazişinin icrazına nəzarət edəcək ikitərəfli komissiyanın yaradılması da layihədə nəzərdə tutulub. Söhbət Azərbaycanın və Ermənistanın təmsilçilərinin iştirak edəcəyi komissiyadan gedir. Təbii ki, saziş imzalandıqdan sonra mubahisəli məqamlar ortaya çıxa bilər. Hərcənd, saziş elə hazırlanmalıdır ki, belə mübahisəli məqamlar olmasın və ya həddən ziyadə az olsun. Azərbaycan tərəfinin istədiyi də budur, ona görə də tez-tələsik və yarımçıq sənəd inzalamaq istəmir. Amma saziş nə qədər mükəmməl düşünülsə də, onun icrası zamanı mübahisəli məqamların ortaya çıxması mümkündür. Bu səbəbdən də adətən belə komissiyalar yaradılır. Yeri gəlmişkən, ikitərəfli delimitasiya komissiyası da var. Kommunikasiyaların açılması üçün də üçtərəfli komissiya yaradılıb. Yəni belə bir praktika mövcuddur. Əsas məsələ odur ki, yerdə qalan üç maddə ilə bağlı heç bir razılıq əldə edilməyib. Bu maddələr kifayət qədər mühüm məsələləri əhatə edir. Bu səbəbdən də Azərbaycan 13 maddəlik sülh sazişini imzalamağa razılaşmır və onu yarımçıq sənəd hesab edir. Lakin Ermənistan nəyin bahasına olursa-olsun, sulh sazişi adlandırılan bir sənəd imzalamaqla, özünü dünyaya sülhsevər dövlət kimi təqdim etmək istəyir. Ancaq bu heç nəyi dəyişməyəcək, prinsipial məsələləri tam əhatə edən sülh sazişi imzalanmayana qədər Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması mümkün deyil. Mübahisəli və prinsipial məsələlər mütləq sulh sazişində öz əksini tapmalıdır. Sözügedən ikitərəfli komissiya ilə bağlı Azərbaycan tərəfinini razılıği var. Görünür, digər komissiyaların işi Bakını təmin edir, ona görə bu komissiyanın da yaradılmasına razıdır.

Düzdür, Ermənistan tərəfinin günahı üzündən kommunikasiyaların açılması ilə bağlı komissiyanın işində problemlər yaranıb. Amma əvvəl o komissiya səmərəli işə başlamısdı: qrafik müəyyən olunmuşdu, ardıcıl olaraq görüşlər keçirilirdi, komissiyanın fəaliyyət göstərdiyi 4-5 ay ərzində xeyli işlər görüldü. Sonradan ortaya Ermənistanda keçrilən parlament seçkiləri girdi, bundan sonra komissiyanın işini yenidən bərpa etmək mümkün olmadı. Son vaxtlar ümumiyyətlə komissiya işləmir. Komissiyanın son iclasından bir ildən çox vaxt keçir.

Ümid edək ki, bu komissiyanın işi uğurlu olacaq, ən əsası, onun elə bir işi olmayacaq. Ən yaxşısı o olardı ki, sülh sazişinin icrasına nəzarət edən komissiyanın heç bir işi olmasın. Təbii ki, bunu atəşkəsə nəzarət-monitorinq mərkəzinə bənzətmək düz deyil. O komissiyada kənar dövlətlər iştirak edirdilər. Razılaşma Ermənistan və Azərbaycan arazında əldə edilmişdı, lakin təmsilçilər isə Türkiyə və Rusiyadan idi. Onlar da, demək olar ki, hec bir ış görmədilər. Atəşkəs rejiminə də nəzarəti səlahiyyətlərini aşaraq Rusiya sülhməramlıları həyata keçirir və hər gün atəkəs rejiminin pozulmasına dair məlumat dərc edirdilər. Bütünlükdə monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı ortada nə bir bəyanat, nə də bir hesabat var. Çox maraqlıdır ki, bu mərkəzin fəaliyyəti barədə Rusiya və Türkiyə xarici islər nazirlərinin.müavinləri səviyyəsində müzakirə aparıldı və fəaliyyət çox uğurlu qiymətləndirildi.

İnsəallah, sulh sazişinin icrasına nəzarət komissiyası səmərəli işləyər və onun işinə heç bir ehtiyac olmaz. Əslində həm Ermənistan, həm də Azərbaycan liderlərinin bəyanatlarından anlaşılır ki, sülh sazişinin imzalanması son mərhələyə qədəm qoyub, qısa müddətdə bu sazişi imzalamaq mümkündür. Bir məsələ nəzərə alınmalıdır ki, sulh sazişinin razılaşdırılması prosesində bas verən bütün irəliləyişlər Ermənistanın zorən konstruktiv movqe tutduğu məqamlarda baş verib. Bu konstruktivlik də Qərbin təzyiqləri nəticəsində baş verdi. Yəni sülh sazişi bu səviyyəyə gəlib çıxıbsa, o, Qərbin Ermənistanı konstruktiv mövqe tutmağa məcbur etməsi sayəsində baş verib. Hesab edirəm ki, son addımları da atmaq lazımdır. Ermənistanı əsassız tələblərdən çəkindirməyə və Azərbaycanın ortaya qoyduğu obyektiv məsələlərə razılaşmağa məcbur etmək lazımdır. Bunun üçun ciddi təzyiqə də ehtiyac yoxdur, çünki Ermənistan bütün tapşırıqları müzakirə etmədən dönmədən icra edir".

Dəniz NƏSİRLİ





Seçilən
11
baki-xeber.com

1Mənbələr