AZ

Zeynal Əmrəliyev : “İsrailin əsas məqsədi prosesə ABŞ-ın cəlb olunmasıdır”

“İran və İsrail münasibətlərinin gərginləşməsi şübhəsiz ki, regiona ciddi təsir edəcək amildir. Bu həm Qafqaz regionuna, həm də körfəz ölkələri üçün təhlükədir. Burada əsas nüans İsrailin İrana necə cavab verməsidir”.

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, top artıq İsrailin əlindədir:

“İsrail İranın sənaye mərkəzlərini vurmaqla hədələyir. İran da heç çəkinmədən adekvat cavab verəcəyini bildirir. 
Hazırda İsrailin əsas məqsədi prosesə ABŞ-ın cəlb olunmasıdır. ABŞ-ın əsas hərbi bazaları regionda və körfəz ölkələrindədir. Hansı ki, bu ölkələr coğrafi baxımdan İrana yaxın olan ölkələrdir. Əgər həmin bölgələrdən hərəkat həyata keçirilərsə və yaxud İranın neft mənbələri vurularsa, İranda öz növbəsində körfəz ölkələri ilə bağlı bir əməliyyat həyata keçirə bilər. Körfəz ölkələrindəki neft-qaz mənbələrini və yaxud nüvə obyektlərinə zərbələr endirə bilər. Bütün bunlar gözləniləndir. Bu da  ümumilikdə körfəz müharibəsinin başlanmasına gətirib çıxara bilər. İran bunu neytrallaşdırmaq niyyətindədir. İran prezidenti Məsud Pezeşkianın Qətərə səfəri də məhz buna hesablanmış addımdır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
15
demokrat.az

1Mənbələr