AZ

Kim Çen Inın bacısı Seulda keçirilən hərbi paradı kloun şousu adlandırıb

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Koreya Respublikasında keçirilən hərbi paradı kloun şousu adlandırıb.

Onun bu bəyanatı Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) tərəfindən dərc edilib.

“Əgər bu “oyun” haqqında bir şey söyləməli olsaydım, deyərdim ki, bu, bir dərədən keçən vəhşi it sürüsü ilə müqayisə oluna bilən ağılsız, təkəbbürlü bir komediyadan başqa bir şey deyil”.

Kim Yo Conq Seulun dünyanın diqqətini parada cəlb etmək istəyinə diqqət çəkib. Eyni zamanda, o, Koreyanın müstəqil bir şey təqdim edə bilmədiyinə inanır: onun nöqteyi-nəzərindən bu, “başqa yerdə görməyəcəyiniz bir müstəmləkə tamaşasıdır”.

Seçilən
21
aznews.az

1Mənbələr