AZ

"Borussiya"da yeni müqavilə

Dortmund "Borussiya"sı müdafiəçisiJulian Ruerson ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı ilə imzalanan yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.

Xatırladaq ki, norveçli müdafiəçi 2023-cü ilin yanvarında "Union Berlin"dən 5 milyon avro qarşılığında "Borussiya"ya keçib. Bu mövsüm futbolçu bütün turnirlərdə səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib. Həmçinin, futbolçu hazırda Norveç millisinin heyətində bütün turnirlərdə 26 oyun keçirib. Transfermarkt 26 yaşlı oyunçuya 20 milyon avro qiymət qoyub. Dortmund klubu Bundesliqada beşinci yerdədir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr