AZ

Zəngilanda su elektrik stansiyası açıldı – İLDƏ 3 MİLYON DOLLARLIQ QAZA QƏNAƏT EDƏCƏK

Prezident İlham Əliyev bu gün Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

FED.az xəbər verir ki, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir, buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları istismara verilib.

“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.

“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisi istehsal olunacaq, bununla da ildə 7,4 milyon kubmetr qaza qənaət ediləcək. 

Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.

Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir.

Ümumilikdə isə bu günədək “AzərEnerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.

Seçilən
16
19
fed.az

4Mənbələr