AZ

İsrail Qolan təpələri stadionuna hücuma görə məsul olan "Hizbullah" komandirini öldürüb

İsrail Qolan təpələrindəki stadiona hücumun təşkilatçısı olan "Hizbullah" komandirinin öldürüldüyünü bildirib Həmin vaxt hücum nəticəsində 12 uşaq həlak olmuşdu.

Qaziler.az bildirir ki, bu barədə  Sky News xəbər verir.

"Dünən kəşfiyyat məlumatlarına görə, IAF qırıcıları Məcdəl Şəmsdəki hücuma görə məsuliyyət daşıyan terrorçu Xider əl-Şəbianı məhv ediblər", - İDF bildirib.

Onlar qeyd ediblər ki, Xıder əl-Şəbia terror təşkilatı "Hizbullah"ın Har Dov bölgəsinə komandanlıq edib.

Bundan əlavə, İsrail ordusu öldürülən "Hizbullah" komandirinin “Hardov bölgəsində, Hermon dağında və Qolan təpələrinin şimalında İDF mövqelərinə qarşı yüzlərlə raket və tank əleyhinə raket atışına görə də” cavabdeh olduğunu bildirib.

"Hizbullah" hələlik İsrailin bu bəyanatını şərh etməyib.

QAZİLER.AZ

 

Seçilən
23
qaziler.az

1Mənbələr