AZ

Bu ölkələrdə İsrailin səfirlikləri yaxınlığında partlayış baş verib

İsrailin Danimarka və İsveçdəki səfirlikləri yaxınlığında partlayış baş verib.

“İki sahil” xəbər verir ki, Danimarka polisi İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən partlayışla bağlı araşdırmalara başlayıb. İsveç polisi bildirib ki, bir gün əvvəl Stokholmdakı İsrail səfirliyi yaxınlığında atışma olub.

Məlumata görə, İsrailin Danimarkadakı diplomatik nümayəndəliyi yaxınlığında baş verən iki partlayış nəticəsində xəsarət alan olmayıb. Qeyd edilib ki, səfirlik bağlanıb, binaya heç bir ziyan dəyməyib.

Bundan əvvəl Danimarkanın DR telekanalı oktyabrın 2-nə keçən gecə səfirlik ətrafında iki partlayış səsinin eşidildiyini bildirmişdi. Bu gün İsveç polisi təsdiqləyib ki, bir gün əvvəl İsrailin Stokholmdakı səfirliyi qarşısında atışma olub, deyə SVT telekanalının müxbiri bildirib.

Paytaxt polisinin nümayəndəsi Rebekka Landberqin sözlərinə görə, atışma olduğunu təsdiqləyən nəticə var.

Bundan əvvəl İsveç KİV-i oktyabrın 1-də axşam saatlarında İsrail səfirliyinin yaxınlığındakı Strandvegen küçəsində güclü partlayışın baş verdiyini yazmışdı. Hazırda “silahdan istifadə etməklə ağır cinayət törətmə və ətrafdakıları təhlükə altına atma” maddəsi ilə ibtidai istintaq aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
26
ikisahil.az

1Mənbələr