ABŞ-da baş verən "Helen" qasırğasının fəsadları nəticəsində ölənlərin sayı 202-yə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Qurbanların demək olar ki, yarısı Şimali Karolina ştatında qeydə alınıb. Əvvəllər ABŞ-da ümumilikdə 175 qurbanın olduğu bildirilirdi.
ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi bildirib ki, itkin düşənlərin və ölənlərin son sayını müəyyənləşdirmək hələ də davam edir.