Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gəliblər.
Görüş minsklilərin üstünlüyü ilə başlayıb. Lakin qonaqlar oyunda dönüş yaradaraq 2:1 hesablı qələbə qazanıb.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçirilib.
Konfrans Liqası: "Başakşehir" turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB
“Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
“Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”
Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir