"Qarabağ" güclü komandadır.
Bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis nəticəni dəyərləndirib:
"Qarabağ" güclü komandadır. Həqiqətən çox çətinlik çəkdik. Bununla belə komandamdan razıyam. Qələbəyə layiq idik və istədiyimiz nəticəni qazandıq. Çox yaxşı müdafiə olunduq".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: report.az