AZ

44 günlük müharibəyə "ssenari" demək Paşinyanın niyyətindən xəbər verir- "hərbi repressiya" başlayacaq...

Image

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi fantaziyaları bitib-tükənmək bilmir. Fantaziyaları o qədər zəngindir ki, hər gün Nikol rəngarəng, bir-birindən maraqlı və dünya siyasi tarixinə dair yeni komediyaların cəklişinin mövzusu ola bilən yeni ideyalar uydurur. 

İndi də Nikol ona dəstək verən erməni cəmiyyətinin başını ovutmaq, onların ruhunu yüksəltmək istəyir ki, 44 günlük müharibədə Azərbaycan bizi məğlub edə bilməzdi, satqın generallarımızla əlbir olub, Ermənistanı xəritədən silmək istəyirmişlər. Guya Azərbaycanın xüsusi xidmət orqanları erməni generallarını ələ alaraq onları döyüşməkdən imtinaya, fərariliyə sövq edib ki, Ermənistanı tamamilə işğal etsin. Lakin Nikol Paşinyanın fövqəladə siyasəti nəticəsində Ermənistan bu gün var. Birincisi, Nikol Paşinyan belə fövqəladə siyasətə malik bir dövlət başçısıdırsa, onun xüsusi xidmət orqanları, əks-kəsfiyyatı harda yatmışdı ki, Azərbaycanın xüsusu xidmət orqanları onun yüksək rütbəli zabitlərini, hətta generallarını ələ alırdı?

İkincisi, az qala hər gün Ali Baş Komandan İlham Əliyev bəyan edirdi ki, torpaqlarımızın azad edilməsi barədə qrafiki və tarixləri verin, müharibəni dayandiraq! Deməli, Azərbaycan Ordusunun Ermənistanın hər hansı bir ərazisini işğal etmək məqsədi yox idi. 10 noyabr üçtərəfli atəşkəs Bəyanatı imzalananda hələ işğalda olan Azərbaycan torpaqlarının hamısı azad edilməmişdi. Sadəcə Ermənistan azad edilməyən torpaqlardan qoşunlarını çıxarmaq öhdəliyi götürdüyünə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyev bu atəşkəs bəyanatına imza atdı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib ki, 44 günlük müharibə ssenari əsasında gedən müharibə idi və bu ssenari Ermənistanda yazılmayıb, lakin Ermənistanda bir çox insanlar bu ssenaridə olublar və onlar şüurlu şəkildə bu ssenaridə olublar, təəssüf ki, söhbət yüksək rütbəli hərbi personaldan gedir. Paşinyan hazırda davam edən cinayət işlərinin istintaqını xatırladaraq qeyd edib ki, bu işlərin məntiqi yekunlaşacağına ümid edir.

“Bu müharibə haqqında o qədər çox məlumatım var ki, bütün hüquq-mühafizə sistemində onun yarısı belə yoxdur. Bunların məqsədi Ermənistan Respublikasını bir dövlət kimi məhv etmək idi”, - deyə baş nazir bildirib.

Yuxarıda qeyd etdiyimiz məqamlar onu sübut edir ki, Paşinyanın Ermənistanın məhv edilməsi, xəritədən silinməsi barədə dedikləri ağ yalandır. İki gün də döyüşlər davam etsəydi Ermənistan silahlı qüvvələrinin 24 mindən çox səxsi heyəti və 50-60 min mülki əhali mühasirədə, yəni Ermənistandan təcrid olunmuş vəziyyətdə qalacaqdı. Azərbaycan hökuməti humanistlik nümayiş etdirərək bu addımi atmadı. Bununla belə Ağdam, Laçın və Kəlbəcərin boşaldılması zamani mühasirədən xilas olan döyüşçülər bir sıra hallarda Rusiya sülhməramlılarına müqavimət göstərdilər, guya bunlar torpaqlarından çıxmaq istəmir. Ardınca gəlib azərbsycanlının evində 20-30 il yaşayan bir çox erməni çıxanda yaşadığı evi yandırdi. Nəticədə onlarla erməni əsgəri əsir götürüldü. Amma Azərbaycan tərəfi istəsəydi hərbi əsirlərin sayı onlarla yox, minlərlə olardı. Bu, məsələnin ağ yalan tərəfidir. Bəs Paşinyan nə etmək istəyir, bu bəyanatı verməkdə məqsədi nədir?

Əlbəttə, hökumət strukturlarında, xüsusilə hərbidə Paşinyanla razilaşmayan, fərqli mövqedə olan personalar var. Baş nazir həmin şəxslər haqqında çıxışındakı tezislər istiqamətdə istintaq aparılması sifarişi verib. Həmin istintaq artiq yekunlaşmaqdadir. Nəticə olaraq minlərlə hərbici və siyasətçinin həbs ediləcəyi, iş alacağı gözlənilir. Ona görə də Nikol Paşinyan öz sifarişinin yetişdiyi dövrdə cəmiyyəti hazirlamaq üçün belə bəyanatlar verir. Bir qədər də vəziyyətdən istifadə edərək özünü şişirdir. Guya baş nazir bu müharibə haqqında bütün hüquq-mühafizə orqanlarından daha çox məlumata malikdi. Elə isə, hüquq-mühafizə orqanlarına nə ehtiyac var, niyə buraxmırsan onları? Əslində həm prezidentlərin, həm də baş nazir və digər rəsmilərin əlindəki bilgilər əsasən xüsusi xidmət orqanları tərəfindən əldə edilir. Pasinyan da əlindəki məlumatları həmin orqanlardan alır. Çunki orda pesəkarlar işləyir. Yoxsa heç də düşünməyin ki, Paşinyan Şerlok Holmsdır, peşəkar detektivdir. Hərcənd ki, o bu çıxışında özünü belə təqdim edir.

Heç bir arxiv araşdirması aparmadan, açıq mənbələrdəki məlumatlarla Paşinyanın yalanlarını üzə çıxarmaq mümkündürsə, deməli, heç onun xüsusi xidmət orqanları da, siyasi piar xidməti də işini günün tələbləri səviyyəsində qura bilmir, nəinki baş nazirin özü...

Akif NƏSİRLİ





Seçilən
27
baki-xeber.com

1Mənbələr