AZ

44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərinivə rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.

- Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev xalqa müraciət edib.

- Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalınamüsahibə verib.

- Prezident İlham Əliyev Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli,Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan,Decal kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.

- Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevitəbrik edib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti MehribanƏliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığıqələbələrlə bağlı paylaşım edib.

- Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakinhəlak olub, 2 nəfər isə xəsarət alıb, BaşProkurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədəaçıqlama yayıb. Ermənistanın Gəncəyə atdığıraketlər nəticəsində 1 mülki şəxs həlak olub, 39 nəfəryaralanıb.

- Arayik Arutunyan barəsində cinayət işi başlanılıb.

- Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi.

- Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi postaAzərbaycan Bayrağı sancılıb.

- Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli saydaqənimətin görüntülərini paylaşıb.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr