AZ

Konfrans Liqasında Liqa mərhələsinin ilk turu başa çatdı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 1-ci tura bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 16 qarşılaşma baş tutub.

Bu oyunlardan biri də Azərbaycanda keçirilib. Ev oyunlarını məlum səbəblərdən Sumqayıtda keçirən Belarusun “Dinamo” (Minsk) komandası “Harts”la (Şotlandiya) qarşılaşıb. Üç qolluq oyun şotlandların qələbəsiylə yekunlaşıb.

İtaliya təmsilçisi “Fiorentina” evdə TNS-lə (Uels) qarşılaşıb və inamlı qələbəyə sevinib. “Çelsi” doğma meydanda Belçika təmsilçisi “Gent”i məğlub edib. İspaniyanın “Betis” komandası səfərdə “Legiya”ya (Polşa) uduzub.

Xatırladaq ki, bu turun ilk iki oyunu ötən gecə keçirilib. “Başakşəhər” (Türkiyə) doğma meydanda “Rapid”ə (Vyana, Avstriya) 1:2 hesabıyla uduzubsa, “Vitoriya” (Portuqaliya) “Çelye”ni (Sloveniya) 3:1 hesabıyla üstələyib.

Avropa Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turuna oktyabrın 24-də start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
3 oktyabr

Molde (Norveç) – Larne (Şimali İrlandiya) 3:0
Qollar: Eikrem, 51. Brinhildsen, 78. İhler, 90+5.

Legiya (Polşa) – Betis (İspaniya) 1:0
Qol: Kapuadi, 23.

Haydenhaym (Almaniya) – Olimpiya (Sloveniya) 2:1
Qollar: Bek, 6. Vanner, 83 – Blanko, 77.

Omoniya (Kipr) – Vikinqur (İslandiya) 4:0
Qollar: Kulibali, 51. Kakulis, 81; 90. Alium, 86.

Astana (Qazaxıstan) – Baçka Topola (Serbiya) 1:0
Qol: Kaukolovas, 15.

Serkl Brügge (Belçika) – Sankt Qallen (İsveçrə) 6:2
Qollar: Minda, 3. Denkey, 25; 43; 54-pen. Maqne, 63; 68 – Çsobot, 58. Mambimbi, 81.

Dinamo (Minsk, Bolqarıstan) – Harts (Şotlandiya) 1:2
Qollar: Alfred, 21 – Politeviç, 37-öz qapısına.

Noa (Ermənistan) – Mlada Boleslav (Çexiya) 2:0
Qollar: Ayas, 58. Pinson, 76.

Çelsi (İngiltərə) – Gent (Belçika) 4:2
Qollar: Veyqa, 12. Neto, 46. Nkunku, 63. Dyusberi-Holl, 70 – Vatanabe, 50. Qandelman, 90.

Kopenhagen (Danimarka) – Yagelloniya (Polşa) 1:2
Qollar: Hatsidiakos, 12 – Pululu, 51. Çurlinov, 90+8.

Fiorentina (İtaliya) – TNS (Uels) 2:0
Qollar: Adli, 65. Kin, 68.

LASK (Avstriya) – Yurqorden (İsveç) 2:2
Qollar: Berişa, 26. Flekker, 50 – Priske, 57. Nquen, 65.

Şemrok Rovers (İrlandiya) – APOEL (Kipr) 1:1
Qollar: Vatts, 90+2 – Laifis, 59.

Luqano (İsveçrə) – HJK (Finlandiya) 3:0
Qollar: Papadopulos, 34. Markes, 56. Dos Santos, 90+2.

Petrokub (Moldova) – Pafos (Kipr) 1:4
Qollar: Lunqu, 26 – Korreya, 33; 52. Jaja, 37.

Borats (Bosniya və Herseqovina) – Panatinaikos (Yunanıstan) 1:1
Qollar: Despotoviç, 50 – Bakasetas, 11.

Seçilən
32
2
arena.az

2Mənbələr