AZ

Uspenskayanın 2 gündür itən qızı tapıldı

Ötən gün qızının itdiyini elan edən Ukraynadan olan müğənni Lyubov Uspenskaya xoş xəbər alıb.

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin iki gündür əlaqə qura bilmədiyi övladı Tatyana Plaksinanın Rusiyada olmadığı üzə çıxıb.

O, səfərə çıxmamışdan əvvəl anasına heç bir xəbərdarlıq etmədən ölkəni tərk edib. azal vakansiya

Müğənni buna baxmayaraq, qızını evə qaytarmaq üçün xarici hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, ötən gün müğənni qızının qaçırıldığını ehtimal etdiyini bildirmişdi.


Telegram kanalımız
Seçilən
61
yenisabah.az

1Mənbələr