AZ

Avropa Liqasında Türkiyə klubları üçün uğursuz gün

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

Azərbaycan çempionu “Qarabağ”ın doğma meydanda İsveç “Malmö”sü ilə qarşılaşdığı və 1:2 hesabıyla uduzdu görüşdə digər rəqibləri də meydana çıxıbar.

“Qarabağ”ın 1-ci turda uduzduğu (0:3) “Tottenhem” Macarıstanda “Ferentsvaroş”u məğlub edib. “Ayaks” isə Çexiyada Praqa “Slaviya”sının qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib.

Yunanıstanın “Olimpiakos” komandası doğma meydanda “Braqa” ilə qarşılaşıb və darmadağına sevinib. “Bodo Qlimt” Belçikada “Yunion”la üz-üzə olub. Qarşılaşma qolsuz yekunlaşıb. Rumıniya təmsilçisi “Styaua” da səfərdə oynayıb. Bu komanda Yunanıstanda PAOK-la mübarizəni qalib yekunlaşdırıb. Azərbaycan çempionunun rəqibi olan İsveçin digər təmsilçisi “Elfsborq” isə evdə “Roma”ya qalib gəlib. Lion “Olimpik”i isə Şotlandiyada “Reyncers”i üstələyib.

Türkiyə klublarından “Qalatasaray” səfərdə RFS-in, “Fənərbaxça” “Tvente”nin qonağı olub. “Beşiktaş” isə doğma meydanda “Ayntraxt”la qarşılaşıb. “Qara qartallar”ın uduzduğu gündə digər İstanbul təmsilçləri heç-heçə ilə yadda qalıblar.

Avropa Liqasında Liqa mərhələsinin 3-cü turuna oktyabrın 23-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 2-ci tur
3 oktyabr

Latsio (İtaliya) – Nitsa (Fransa) 4:1
Qollar: Pedro, 20. Kastelyanos, 35; 53. Zakkayni, 67-pen – Boqa, 41.

Slaviya (Praqa, Çexiya) – Ayaks (Niderland) 1:1
Qollar: Çori, 67 – Van de Bomen, 18-pen.

Real Sosyedad (İspaniya) – Anderlext (Belçika) 1:2
Qollar: Marin, 5 – K.Vaskes, 28. Leoni, 39.

Olimpiakos (Yunanıstan) – Braqa (Portuqaliya) 3:0
Qol: El Kaabi, 45; 59. Hezze, 53.

Makkabi (Təl-Əviv, İsrail) – Midtyulland (Danimarka) 0:2
Qollar: Frankulino, 39. Çilifya, 89.

Ferentsvaroş (Macarıstan) – Tottenhem (İngiltərə) 1:2
Qollar: Varqa, 90 – Sarr, 23. B.Conson, 86.

Qarabağ – Malmö (İsveç) 1:2
Qollar: Juninyo, 15 – Botheym, 19: 47.

Hoffenhaym (Almaniya) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qollar: Hlojek, 22; 60.

RFS (Latviya) – Qalatasaray (Türkiyə) 2:2
Qollar: İkaunieks, 40. Odişariya, 55 – D.Dertens, 12. Y.Akgün, 38.

Portu (Portuqaliya) – Mançester Yunayted (İngiltərə) 3:3
Qollar: Pepe, 27. Aqehova, 34; 50 – Raşford, 7. Hoylund, 20. Maquatr, 90+1.

Reyncers (Şotlandiya) – Olimpik (Lion, Fransa) 1:4
Qollar: Laurense, 14 – Fofana, 10; 55. Lakasette, 19; 45+1.

PAOK (Yunanıstan) – Styaua (Rumıniya) 0:1
Qol: Birliqea, 45+8.

Viktoriya (Plzen, Çexiya) – Ludoqorets (Bolqarıstan) 0:0

Yunion (Belçika) – Bodo Qlimt (Norveç) 0:0

Atletik (İspaniya) – Alkmaar (Niderland) 2:0
Qollar: İ.Uilyams, 72. Sanset, 85.

Tvente (Niderland) – Fənərbaxça (Türkiyə) 1:1
Qollar: Vlap, 29 – Tadiç, 71.

Beşiktaş (Türkiyə) – Ayntraxt (Almaniya) 1:3
Qollar: Masuaku, 90+3 – Marmuş, 19; Ebimbe, 22. Knauf, 82.

Elfsborq (İsveç) – Roma (İtaliya) 1:0
Qol: Baydo, 44-pen.

Seçilən
42
2
arena.az

3Mənbələr