Alyansın baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Co Bayden oktyabrın 12-də NATO və Ukrayna nümayəndələri ilə görüşəcək.
Bu barədə TASS məlumat yayıb.
“Prezident Bayden şənbə günü, oktyabrın 12-də müttəfiqləri ilə və əlbəttə ki, Ukrayna ilə [Rusiya ərazisinə zərbələrə] məhdudiyyətlərin aradan qaldırılması məsələsinə diqqət yetirərək görüş keçirəcək”, – Rutte bildirib.
Onun sözlərinə görə, Kiyevə silah verən hər bir ölkə bu məhdudiyyətləri götürüb-gətirməməyə özü qərar verir.
Rutte daha əvvəl demişdi ki, NATO-nun baş katibi kimi Ukraynaya artan yardımı təşviq etmək onun üçün prioritetdir.
Mənbə TASS