AZ

İsrail ordusu HƏMAS-ın daha bir liderini öldürüb

İsrail ordusu HƏMAS-ın Tulkərmdəki hücrəsinin rəhbəri və bir qrup radikalın ləğv edildiyini açıqlayıb...

İsrail silahlı qüvvələri İordan çayının qərb sahilindəki Tulkərm şəhərində əməliyyat keçirib və bu əməliyyat zamanı Fələstin radikal HƏMAS hərəkatının yerli hücrəsinin lideri məhv edilib.

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail hərbçilərinin bildirdiyinə görə, hava hücumu nəticəsində öldürülən Zahi Yasir ər-Rəzak Ufi Tülkarmdakı HƏMAS terror şəbəkəsinin başçısı hesab edilib. Əməliyyat zamanı şəbəkə ilə əlaqəli bir neçə digər fələstinli radikal da öldürülüb.

Mətbuat xidməti qeyd edir ki, Ufi sentyabrın əvvəlində yəhudilərin Ateret qəsəbəsi ərazisində terror aktı planlaşdırırmış. O, həmçinin bölgədəki bir sıra terrorçuları silahla təmin edib və Yəhudeya və Samariya ərazilərində, eləcə də İsrail xəttinin arxasına bir çox başqa hücumlar təşkil edib.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr