AZ

Sərnişin qatarı yolda qaldı

Bu gün səhər 07:15-də Sumqayıtdan Bakıya yola çıxan sürətli Qatar Pirşağı istiqamətində hərəkət edərkən yolda dayanıb.

Qatarın yolda dayanması ilə bağlı News365.az-a qatar heyətindən məlumat verilib ki, dayanmaya səbəb Sumqayıt ərazisində baş verən texniki nasazlıq olub.

Nəticədə. Sumqayıt-Pirşağı- Bakı sürətli qatarı mənzil başına 12 dəqiqə gecikmə ilə çatıb. Beləki, qrafikə görə 08:10-da Bakı sərnişin stansiyasına çatmalı olan qatar 08:22-də mənzil başında olub.

News365.az

Seçilən
8
news365.az

1Mənbələr