AZ

Meksikalı futbolçu mətbuat konfransında fişəng partladıb

“Qvadalaxa”ranın futbolçusu Alvarado oyunöncəsi keçirilən mətbuat konfransında fişəng partlatması nəticəsində bir neçə jurnalist yaralanıb...

Meksikanın “Qvadalaxa” klubunun yarımmüdafiəçisi Roberto Alvarado ölkə çempionatında “Atlas” klubu ilə oyundan əvvəl mətbuat konfransında fişəng partladıb.

Poliqon xəbər verir ki, bu barədə ESPN Agentliyi məlumat yayıb.

Baş verən insidentdə bir neçə jurnalistin yaralandığı bildirilir. Partlayan fişəng hissəsi onlardan birinin üzünə dəyib. Digər media nümayəndələri etiraz əlaməti olaraq tədbiri tərk ediblər. Alvarado daha sonra üzr istəyib və komanda yoldaşlarını bu şəkildə ruhlandırmaq istədiyini bildirib.

Meksika çempionatının Qvadalaxara - Atlas matçı sentyabrın 6-da keçiriləcək.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr