AZ

Yol polisi Xırdalanda "protiv" gedən sürücünü tapıb cərimələdi - VİDEO

Xırdalan şəhərində qaydaları kobud şəkildə pozan sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, şəhərin Heydər Əliyev prospektində ayırıcı zolağın əks tərəfinə keçərək axına qarşı hərəkət edən

77-MJ-184 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma başlayıb. Məlum olub ki, həmin vaxt sükan arxasında sürücü İlham Məmişov olub. Törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə olunub.

 

Könül Rauf

Seçilən
34
avtosfer.az

1Mənbələr