AZ

Məktəbin uğurlarına görə şagirdiqurban verdilər

Hindistanın Uttar Pradeş ştatında özəl məktəbin rəhbərliyi və müəllimləri 2024-cü il sentyabrın 23-də bir şagirdin ritual qətlində günahlandırılıblar.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, polis idarəsi deyir ki, həmin şəxslər 11 yaşlı uşağı qaçıraraq, məktəblərinə firavanlıq gətirəcəyinə inandıqları qara sehr ritualı zamanı öldürüblər.

İddialara görə, uşaq yataqxananın otaqlarından birində boğularaq öldürülüb. Uşağın meyitini sinif yoldaşları tapıblar. Rəhbərlik övladının xəstələndiyini valideynlərə deyərək cinayəti gizlətməyə çalışıb.

Polis direktoru, onun qohumunu və üç müəllimi həbs edib. İstintaq və axtarışlar zamanı onların üzərindən müxtəlif ritual əşyalar aşkar edilib.

Lamiyə 

Seçilən
40
medianews.az

1Mənbələr