AZ

Rus ordusundan Putinə “ad günü hədiyyəsi” - "Rusiya Ukraynada böyük atəşfəşanlıq” hazırlayır"

“Aydındır ki, ruslar sentyabrda raket zərbələrini məhdudlaşdırmaqla ya hərbi cinayətkar Putinin doğum gününə - oktyabrın 7-nə “böyük atəşfəşanlıq” hazırlayırlar, ya da Ukraynada isitmə mövsümünə hərtərəfli hazırlaşırlar”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko öz sosial şəbəkə hesabında yazıb.

Kovalenko vurğulayıb ki, Rusiya ordusu bir aydır dənizdən atılan “Kalibr” qanadlı raketlərindən istifadə etmir. Onun hesablamalarına görə, bu müddət ərzində təcavüzkar ölkə ən azı daha 30 ədəd bu cür raket toplaya bilər: “Məsələn, sonuncu dəfə “X-101/555” sentyabrın 4-də istifadə edilib”.

Qeyd edək ki, digər ukraynalı hərbi ekspert Roman Svitan da Rusiyanın Ukraynaya kütləvi raket zərbəsi endirməyə hazır olduğunu bildirib. Onun dediyinə görə, son zərbədən bir aydan çox vaxt keçib və bu müddət ərzində Rusiya yüzdən çox müxtəlif tip raket toplayıb.

“AzPolitika.info”

Seçilən
33
1
azpolitika.info

2Mənbələr