AZ

Nəsrullahın varisi də məhv edilib? -VİDEO

Cümə günü, oktyabrın 4-nə keçən gecə Beyrutun Dahiya məhəlləsində güclü partlayışlar baş verib. 

 

Senzor.az bildirir ki, şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, zərbələrin gücü sentyabrın 27-də “Hizbullah”ın baş katibi Həsən Nəsrullah məhv edilərkən istifadə olunandan çox olub.

 

Livan bildirib ki, SAXAL Nəsrullahın varisi Haşim Safi əd-Dini məhv etmək üçün hədəflərə 30-dan çox bunkerəleyhinə bomba atıb. Söhbət Nəsrullahın bunkerinə qarşı istifadə edilən eyni bombalardan gedir.

 

Hücumdan xəbəri olan mənbələr, zərbənin hədəfinin əl-Dinin olduğunu təsdiqləyiblər. Eyni zamanda Rafik Əl-Həriri hava limanı yaxınlığındakı hədəflərə də hücum edilib.

 

“Hizbullah”dakı mənbə AFP-yə bildirib ki, İsrail ordusunun Dahiyaya hücumu “xüsusilə güclü olub, Beyrut və ətrafdakı binaları silkələyib”. Onun sözlərinə görə, bu dəfə bir-birinin ardınca 11 zərbə endirilib.

 

Hücumdan əvvəl İsrail ordusunun sözçüsü Daniel Hagari ərəb dilində Dahiyadakı beş evin sakinlərini təcili olaraq evlərini tərk etməyə və təxliyə olunmağa çağırıb.

 

Hücumun nəticələri barədə açıqlama verilməyib.


Senzor.az




Seçilən
13
senzor.az

1Mənbələr