AZ

APL: IX tura 1 oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında IX tura bu gün keçiriləcək 1 oyunla start veriləcək.

90deqiqe.Az-ın məlumatına görə, "Neftçi" səfərdə "Kəpəz"in qonağı olacaq.

Tovuz şəhər stadionunda baş tutacaq matç saat 17:00-da başlayacaq.

"Neftçi" hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Geridə qalan 8 oyunun hamısında məğlub olan "Kəpəz" isə sonuncu - onuncudur.

Azərbaycan Premyer Liqası

IX tur

4 oktyabr

17:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Seçilən
12
7
90deqiqe.az

10Mənbələr