AZ

Polşada müdafiə naziri ilə prezident arasında fikir ayrılığı: Ukrayana Aİ-yə daxil olmayacaq...

Polşa II Dünya müharibəsi zamanı Volında baş verən hadisələrlə bağlı Varşava ilə Kiyev arasında problem həll olunana qədər Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına razı olmayacaq...

Poliqon "Wirtualna Polska" portalına istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

"Polşanın Ukrayna ilə hazırda siyasi münasibətləri necədir" sualına cavab verən müdafiə naziri bildirib: "Hərbi yardım məsələsi həm insanlıq, həm də təhlükəsizliyimiz məsələsidir, lakin iqtisadi və ya tarixi məsələlərə aydınlıq gətirilməlidir".

O, prezident Anjey Duda ilə fikir ayrılığının olduğunu bildirib. "Prezident Dudanın fərqli fikirdə olduğunu görsəm də, fikrimi dəyişmirəm. Ukrayna Avropa İttifaqına daxil olmayacaq, Volın məsələsini həll etməsə, mən razılığımı verməyəcəyəm", deyə Kosinyak-Kamış bildirib.

Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması üçün təkcə iqtisadi xarakterli deyil, həm də həqiqətə və tarixə yanaşma nöqteyi-nəzərindən müəyyən şərtləri yerinə yetirmək lazımdır.

Nazir əlavə edib ki, Avropa İttifaqını üzv ölkələr Kiyevin siyasi ittifaqa qoşulmasına razılıq versələr də, eksqumasiya aparılmasa, onun təmsil olunduğu və hökumət koalisiyasına daxil olan Polşa Kəndli Partiyası buna qarşı olacaq.

Volındakı hadisələrin mövzusu Polşa ilə Ukrayna arasında gərginliyin səbəbi olmaqda davam edir. Polşa Ukraynadan hadisələrə görə məsuliyyəti boynuna almağı və cəsədləri eksqumasiya etməyi tələb edir və onsuz onun Avropa İttifaqına daxil olmasına dəstək verməyəcəyini bildirir. Öz növbəsində Kiyev istəyir ki, Varşava da 1947-ci ildə məcburi köçürmə nəticəsində əziyyət çəkən ukraynalıların xatirəsini yad etsin.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr