AZ

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

Tədqiqatlar effektiv iqlim fəaliyyətinin təməlidir. Elm və texnologiyada yeniliklər külək və günəş enerjisi, elektrikli nəqliyyat vasitələri kimi inanılmaz alətlər təqdim edib.

APA xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 5-ci günündə çıxışı zamanı deyib.

O bildirib ki, hal-hazırda karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var.

"Gəlin iqlim həlləri üçün qlobal əməldaşlığı necə gücləndirəcəyimizi araşdıraq. Bizə beynəlxalq əməkdaşlıqlar lazımdır və iqlim dəyişikliyi heç bir sərhəd tanımır. Ölkələr tədqiqat nəticələrini, texnologiyaları və ən yaxşı təcrübələrini paylaşmaq üçün birlikdə çalışmalıdır" - deyə o, əlavə edib.

Seçilən
37
1
apa.az

2Mənbələr