AZ

“Nanoelm və nanotexnologiya” – yeni nəşr

“Nanoelm

Bakı 4 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Nanoelm və nanotexnologiya” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nanoelm və nanotexnologiya elmin və sənayenin perspektivli sahələridir. Hazırda həmin sahələrə böyük maliyyə vəsaiti ayrılır və ildən-ilə müvafiq istiqamətdə çalışan alimlərin sayı artır. Bu sahələri gücləndirmək üçün dünyanın aparıcı universitetlərində yüksək səviyyəli kadrlar hazırlanmasına ciddi diqqət yetirilir.

Təqdim olunan kitab universitetlərin kimya, fizika, kimya-texnologiya, materialşünaslıq fakültələrinin tələbələri, doktorantlar, tədqiqatçı alimlər üçün nəzərdə tutulub.

Seçilən
3
azertag.az

1Mənbələr