AZ

Kamera olmayan yerdə sürücü avtobus zolağı ilə hərəkət etdi - VİDEO

İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu dəyişiklikdən sonra bir neçə qayda pozuntusuna görə müəyyən edilmiş cərimə məbləğləri artırıldı. Bunlardan biri də avtobus zolaqlarında hərəkət etməyə görə tətbiq edilən cərimədir. Dəyişiklikdən sonra avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması kəskin şəkildə azaldı. Lakin kamera olmayan ərazilərdə bəzi sürücülər yenə də intizamsızlıq edir. Bu qayda pozuntusunun biri oktyabrın 3-də Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, 99-GJ-263 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sıxlıqda qalmamaq üçün avtobus zolağı ilə hərəkət edib. Onun bu hərəkəti avtomobildəki kameraya qeyd olunub.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi ilə 2 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

Seçilən
22
avtosfer.az

1Mənbələr