AZ

İkiqat Olimpiya iştirakçısı Bakıda ustad dərsi keçəcək

Ən parlaq gimnastlardan biri, karyerasını bu yaxınlarda başa vuran Salome Pajava Bakıda ustad dərsi keçəcək.

İdman.biz xəbər verir ki, bu, dünən Milli Gimnastika Arenasında start götürən “Ocaq kuboku” III beynəlxalq turniri çərçivəsində reallaşacaq.

Bu gün yarışın ikinci gününün sonunda gürcü gimnastı gənc idmançılarla ustad dərsinə başlayacaq.

Qeyd edək ki, Pajava ikiqat Olimpiya iştirakçısıdır.

İdman.biz

Seçilən
28
2
idman.biz

3Mənbələr