AZ

“Azerconnect”lə bağlı hansı qərar veriləcək? – MƏHKƏMƏ

Mobil, internet, beynəlxalq kanalların təşkili , “FinTech”, “AdTech”, “Media/TV” kimi rəqəmsal xidmətləri təqdim edən “Azerconnect” məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Azerconnect”lə bağlı iddianı “ABC-2010” şirkəti qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Azerconnect” tapşırıq müqaviləsinə əməl etməyib.

“Azerconnect”lə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Azerconnect” 2013-cü ildə təsis edilib. Şirkətin baş direktoru Emil Məsimovdur. Şirkət müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “Neqsol Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
18
tribunainfo.az

1Mənbələr