AZ

"Ermənistan Fransanın oyuncağına çevrilib"- Sabir Məmmədli

Ermənistan Fransanın oyuncağına çevrilib.

“4 il ərzində Ermənistan Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin təyziqi altında verdiyi bir sıra bəyanatlardan başqa sülh sazişinin hazırlanması istiqamətində real bir addım atmayıb. "

Politoloq Sabir Məmmədli bunu news365.az- açıqlamasında deyib.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyinin bir-birini inkar edən açıqlamalarından eşidirik ki, Ermənistan sülh sazişi bağlamağa çalışır, hətta bu istiqamətdə real addım atmağa cəhd edir. 

"Amma indiki məqamda, bütün proseslər ərzində Ermənistan Fransanın oyuncağına çevrilib. Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda yerləşməyə çalışır, öz maraqlarını güdür. Ermənistanda çox təəssüflər olsun ki, bu oyuncaq rolunu oynayır və öz havadarlarının diqtəsi ilə hərəkət edir.   Faktiki olaraq həm Ermənistan həm də bəzi Qərb dairələri öz maraqlarını güdsələr də bir- birini tamamlayan addımlar atırlar. Belə ki, Ermənistanın çox zəif olduğunu nəzərə alaraq havadarları bu ərazidə öz məkrli planlarını həyata keçirmək üçün bir zəmin hazırlayırlar”- deyə fikirlərini bildirib

Seçilən
3
news365.az

1Mənbələr