AZ

“Qərb Azərbaycan-Ermənistan sərhədinə BMT-nin sülhməramlı kontingentini yerləşdirməyə çalışır” - FTX rəhbəri

“Qərb Ermənistanın KTMT-dən çıxmasına çalışır ki, bu da Azərbaycan ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha çox asılı edəcək”. 

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Astanada keçirilən MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İrəvanın Bakı ilə danışıqları ləngitməsinə qarşı çıxan Qərb Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə rəhbərlik etməyə və BMT-nin himayəsi altında de-yure, de-fakto sülhməramlı kontingentinin regionda yerləşdirilməsinə nail olmağa çalışır. 

“Eyni zamanda, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətinin KTMT-dən çıxmasına nail olmağa çalışır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq. Və NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçilik fəaliyyətinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, alyansın Cənubi Qafqazada möhkəmlənməsi təbii ki, regionun sabitliyinə töhfə verməyəcək”, - deyə Bortnikov bildirib.

O qeyd edib ki, Vropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan sərhədində yerləşən müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr