AZ

Mİ6-dan sonra Rusiya kəşfiyyatının rəhbəri Bakıya niyə gəldi?

Qərb kəşfiyyat rəhbərlərinin Bakıya səfərindən sonra, Rusiya xarici Kəşfiyyat idarəsinin sədri S. Narışkin də Bakıya gəldi. Ötən ay Böyük Britaniyanın Mİ6 rəhbəri Bakıya gəlmişdi.

Rusiya xarici Kəşfiyyat idarəsinin sədrinin səfəri regionda gedən siyasi -hərbi proseslərlə bağlı ola bilər. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivləri, Rusiyanın burada hansı rol alacağı əsas müzakirə predmeti ola bilər. Azərbaycandan tam təminat alınması. Zəngəzur dəhlizi ilə bağlı məslə ortadadir. Rusiya bu yola nəzarət etmək istəyir. İsrail İran arasında kəskinləşən siyasi-hərbi böhran Rusiyanı narahat edir. Əsasən İran ətrafında proseslər və Tehranın anti-Azərbaycan siyasəti, Şimal-cənub nəqliyyat dəhlizi Rusiyanın maraqlandıran əsas məsələlərdi.

Azərbaycan Cənubi Qafqazda aparıcı və açar ölkədir. Qərbdə, Rusiya da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət ortaya qoyublar. Azərbaycan burada çevik şəkildə öz milli maraqlarını təmin edir.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az

 



Seçilən
11
visiontv.az

1Mənbələr