AZ

Kişilərlə müqayisədə qadınlar bu xəstəliyə daha tez tutulur

Azərbaycanda 2023-cü ildə 13,7 min nəfərdə bədxassəli şiş (xərçəng) aşkar edilib. Bu say 2021 və 2022-ci illərdəki göstəricilərlə müqayisədə təxminən eynidir. Amma 10 il əvvəlki tarixlə müqayisədə çox yüksəkdir.

 

Sfera.az xatırladır ki, 2013-cü ildə 9,06 min nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. On il əvvəlki tarixlə müqayisədə ölkəmizdə ilk dəfə xərçəng xəstəliyinə tutulanların sayı 51 faiz artıb. Başqa sözlə, on il əvvəl hər il 100 nəfərdə xərçəng aşkarlanırdısa, hazırda xərçəng aşkarlananların sayı 151-ə yüksəlib.

 

Statistika göstərir ki, xərçəngə yoluxanların çoxu qadınlardır. Ötən il bədxassəli şiş aşkar edilən xəstələrin 53 faizi, yəni 7,22 min nəfəri qadın, 47 faizi, yaxud 6,44 min nəfəri kişi olub. Qadınlar kişilərlə müqayisədə daha erkən yaşlarda bu xəstəliyə tutulur.

 

Xəstələnən qadınların 48 faizi 40-59 yaş aralığında, 41,4 faizi isə 60 yaşdan sonra xərçəng xəstəliyinin daşıyıcısına çevrilir. Kişilərdə 40-59 yaş aralığında xərçəngə tutulanlar xəstələnən kişilərin 38 faizini, 60 yaşdan sonra xərçəng olanlar isə xəstələrin 55 faizini təşkil edir.

 

2023-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda hər 100 000 min insanın 682-si, yəni təxminən 70 min nəfər xərçəng xəstəliyinə görə müalicə alır.

 

Vasif

 

Seçilən
14
sfera.az

1Mənbələr